2015-2016-cı illərdə Vatikan Apostol Kitabxanasında yeni əlyazmaların bərpası və onların rəqəmsallaşdırılması

2014-cü il iyulun 2-də Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında “2015-2016-cı illərdə yeni əlyazmaların bərpası və onların rəqəmsallaşdırılması” mövzusunda imzalanmış sazişə əsasən, 2014-2018-ci illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Vatikan Apostol Kitabxanasında olan 3000-dən çox kitab və 75 əlyazma rəqəmsallaşdırılmışdır.