Azərbaycan Respublikası tərəfindən inşa və bərpa edilən ibadət yerləri və digər dini abidələr

Azərbaycan Respublikasının din sahəsində həyata keçirtdiyi siyasət, cəmiyyətdə dinin mövcud müxtəlif formaları nəzərə alınmaqla fikir, söz və vicdan azadlığı prinsipləri və eyni zamanda beynəlxalq hüququn prinsip və qaydalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

Bu inkişaf fonunda Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, tarixi və dini abidələrin bərpası siyasətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə çoxsaylı layihələr həyata keçirir, Azərbaycanın mədəni irsinin qorunub saxlanması ilə yanaşı, dünya mədəni irsinin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qorunmasına öz töhfəsini verir və müxtəlif dini abidələrin bərpasında fəal iştirak edir. Azərbaycanın tolerantlığa verdiyi töhfə və dünya mədəniyyətlərinin müxtəlifliyinə hörmətlə yanaşması onu göstərir ki, Azərbaycanda tolerantlığın güclü, qədim kökləri vardır. Bu baxımdan Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı- Azərbaycan” layihəsi çərçivəsində dünyanın müxtəlif yerlərində müxtəlif mötəbər arxeoloji və dini abidələrin bərpasına öz töhfəsi ilə tarixi missiya həyata keçirtmişdir.

Hazırda Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə dini abidələrin və məscidlərin bərpası layihəsi üzərində işlərə başlamışdır. Yerli və xarici mütəxəssislərin iştirakı ilə Qarabağ bölgəsində ziyarətgahlarımızın bərpası, konservasiyası, yenidən qurulması işləri aparılır. Bu dini abidələr və məscidlər Azərbaycan əhalisinin milli sərvətidir.