Comərd Qəssab türbəsi

2004-cü ildə Heydər Əliyev Fondu VII əsrdə Gəncə şəhərində öz xeyirxahlığı ilə xalqın böyük hörmətini qazanmış Comərd Qəssabın məzarını və məzarüstü türbəsini bərpa etmişdir. 

Abidə Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri ilə köhnə layihə əsasında bərpa olunub.