Dəmirovlu Pir məbədi

Dəmirovlu Pir məbədi Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndində yerləşən qədim alban məbədidir. Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədin XI əsrə aid olduğunu bildirirlər. Məbəd dağlıq ərazidə tikilmişdir. Bunun səbəbi İslamın artıq yayıldığı bir vaxtda məbədi kənar təsirlərdən qorumaq idi. Məbədin giriş qapısında böyük alban xaçı həkk olunmuşdur.

  1. “Lachin’s monuments that escaped 28-year captivity”, Defence.Az, 01 December 2020. http://defence.az/az/news/149306.
  2. “Damirovlu Pir Temple”, Ministry of Culture of the Republic of Azerbaijan, 05 November 2020. http://mct.gov.az/en/common-news/13305.