Füzuli rayonunun Dədəli kəndində yerləşən (Dədəli məscidi) məscid

Azərbaycanın Füzuli rayonunun Dədəli kəndindəki Dədəli məscidi XIX əsrdə tikilmişdir. Məscid Kərbəlayi Səfixan Qarabağinin tikdirdiyi abidələrin memarlıq üslubuna bənzəyir. Abidə Qarabağ bölgəsinin digər məscidləri kimi özünəməxsus memarlığı ilə bölgənin digər məscidləri ilə müəyyən oxşarlıqlara malikdir. Dədəli məscidinin əsas girişi binanın sağ tərəfindədir. Məscidin pəncərələri əsasən ibadət yerlərini işıqlandırmaq üçün nəzərdə tutulmuşdur. Əksər məscidlər kimi Dədəli məscidində də qadınların istifadəsinə verilən xüsusi zal vardır. Məscidin içərisində Dədəli məscidinin 9,43 m-lik sahəsini iki hissəyə ayıran beş taxta sütun vardır.[1]

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonu işğal etdikdən sonra Qarabağ bölgəsinin digər tarixi abidələri kimi Dədəli məscidinin də taleyi eyni olmuşdur. Məscid 27 illik işğal dövründə ermənilər tərəfindən dağıdılmış və talan edilmişdir.

[1] Garabaghli, Rizvan, “Monuments of Architecture in Fizuli (Mosques)”, Problems of Arts and Culture: International scientific journal, No. 1(67), 2019, p. 70.