Gəncə şəhərində Aleksandr Nevski Rus Pravoslav kilsəsi

Kilsə 1887-ci ildə azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən Bizans üslubunda tikilmişdir. Sovet hakimiyyəti 1920-ci illərdə kilsənin istifadəsini dayandırmış və binadan başqa məqsədlər üçün istifadə edilmişdir. 2017-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən kilsə əsaslı şəkildə bərpa olunaraq yenidən ibadət üçün istifadəyə verilmişdir.