Lahıcda Bədöyün məscidi

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən Bədöyün məscidində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb.

1791-ci ildə inşa edilən Bədöyün məscidi orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.