Müqəddəs Marçellinio və Pietro katakombaları

Müqəddəs Marçellinio və Pietro katakombaları 2012-ci il iyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində bərpa edilib.

2014-cü il iyunun 2-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bərpa edilmiş Roma katakombaları ilə tanış olub.

2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimində iştirak edib.

Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir.

Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.