Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsi

Azərbaycanın Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpası istiqamətində işlər aparılmışdır. Bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilmiş və kilsənin təmiri fond tərəfindən maliyyələşdirilmişdir.