Qiyaslı məscidi

Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndində yerləşən məsciddir. XVIII əsrə aid olan bu dini abidə 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdamın işğalı zamanı pulemyot atəşinə tutularaq yandırılmışdır.

Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş, torpaqlarımız işğaldan azad olunduqdan sonra digər tarixi-dini abidələrimiz kimi bərpa işlərinə başlanılmışdır. Hazırda Qiyaslı məscidinin bərpa işləri Heydər Əliyev Fondu tərəfindən davam etdirilir.