Qubadlı rayonunun Məmər kəndində (Məmər məscidi) məscid

Məmər məscidi XVIII əsrdə Azərbaycanın Qubadlı rayonunun Məmər kəndində tikilmişdir.[1] Məscid Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə edilmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid yenidən qurularaq ilkin funksiyasını bərpa etmişdi.[2] Lakin 1991-1994-cü illər Birinci Dağlıq Qarabağ müharibəsi nəticəsində 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Qubadlı rayonunun, o cümlədən Məmər kəndinin ərazisini işğal etmişdir. Nəticədə Məmər məscidi dağıdılmış və donuz tövləsinə çevrilmışdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev öz Twitter hesabında yazır ki, “Məscid tamamilə dağıdılmışdır. Qubadlı rayonunun Məmər kəndinin işğalı zamanı törədilmiş vandalizm nəticəsində – XVIII əsr dini/mədəniyyət abidəsi Ermənistan tərəfindən donuzxanaya çevrilmişdir. ”[3]

Qeyd etmək lazımdır ki, 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Məmər məscidini yerli əhəmiyyətli memarlıq abidəsi elan etmişdir.

[1] “Karabakh is the cradle of Azerbaijani culture”: Mamar village mosque”, AzerTac, 23 October 2002.  https://azertag.az/en/xeber/Karabakh_is_the_cradle_of_Azerbaijani_culture_Mamar_village_mosque-1622355.

[2] “Gubadly Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivehttps://www.armenianvandalism.az/en_gubadly.html.

[3] Aydogan, Merve, “Mosque turned into pigsty under Armenia’s occupation”, AA, 06 November 2020.  https://www.aa.com.tr/en/asia-pacific/mosque-turned-into-pigsty-under-armenias-occupation/2034748.