Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən Rus Pravoslav kilsəsi

Ermənistanın Dağlıq Qarabağda və ətraf yeddi rayonda törətdiyi vandalizm təkcə İslam tarixi, mədəni və dini irsinə deyil, həm də Azərbaycanda yerləşən xristian dini abidələrinə də  təsir etmişdir. Erməni vandalizmi ilə üzləşən tarixi-dini abidələrdən biri də Azərbaycanın Xocavənd rayonundakı Rus Pravoslav kilsəsidir.

Kilsə tarixi memarlıq abidəsi kimi 1894-cü ildə Xocavənd rayonunun Kuropatkino kəndində tikilmişdir. Qeyd etmək lazımdır ki, bu tarixi bina Dağlıq Qarabağ regionunda Rus Pravoslav kilsəsinə aid yeganə memarlıq abidəsidir və bu dini ziyarətgah rus memarlıq abidələrinə məxsus memarlıq üslubunu təmsil edir.

1992-ci ildə Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində kilsə erməni vandalizminə məruz qalmış və dağıdılmışdır.

  1. “Russian Orthodox Church in Karabakh becomes a victim of Armenian vandalism”, Report News Agency, 20 November 2020. https://report.az/en/karabakh/russian-orthodox-church-in-karabakh-becomes-a-victim-of-armenian-vandalism/.
  2. Huseyin, Melaike, “Vandalism defined and signed but disapproved”, APA, 25 November 2020.  https://apa.az/en/politics_of_azerbaijan/Vandalism-defined-and-signed-but-disapproved-colorredANALYTICScolor-336297.