Zəngilan məscidi

Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri və yeni məscidlərin tikilməsi sürətlə davam etdirilir. Bu istiqamətdə bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il 26 aprel tarixində qoyulan Zəngilan məscidi müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.

Hazırda, Zəngilan məscidinin bərpa işləri “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.