Bakı Pravoslav kilsəsi

Bazilika şəklində olan kilsə 1896-cı ildə tikilmişdir və ianələr hesabına maliyyələşdirilmişdir. Sovet dövründə kilsənin istifadəsi dayandırılmış və kilsə ordu kazarması kimi istifadə edilmişdir. Kilsə 2007-ci ildə Heydər Əliyev Fondunun  “Tolerantlığın ünvanı – Azərbaycan”  layihəsi çərçivəsində bərpa edilmişdir. Kilsənin asma tavanı dekorativ şüşə ilə əvəz olunmuş, fasadı dəyişdirilmişdir.