Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşən məscid-mədrəsə kompleksi

Azərbaycanın Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşən məscid-mədrəsə kompleksi XVII əsrə aiddir. Kompleks 1678-ci ildə Məhəmməd İbn Hacı Qaraman tərəfindən tikilmişdir. Məscid-mədrəsə kompleksi o dövrün məşhur təhsil mərkəzlərindən biri olmuşdur. Çələbilər kəndinin məscid-mədrəsə kompleksində dini təhsillə yanaşı, tanınmış alim və müəllimlər tərəfindən dünyəvi elmlər də tədris olunurdu. XVIII əsrin məşhur Azərbaycan şairi Molla Vəli Vidadi də orada dərs demişdir. Şagirdlər məscid-mədrəsə kompleksindəki xüsusi otaqlarda-hücrələrdə dərs keçirdilər.

Məscid-mədrəsə kompleksi 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan tərəfindən işğal olunmazdan əvvəl tam bərpa olunmuşdu. Lakin işğaldan sonra kompleks ermənilər tərəfindən dağıdılmış, yandırılmış və talan edilmişdir.