Cocuq Mərcanlı məscidi

Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. 2017-ci ilin iyun ayında Prezident İlham Əliyev məsciddə yaradılan şəraitlə tanış olub.

50 sot ərazidə inşa edilən Cocuq Mərcanlı məscidinin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu məsciddə ibadət edənlər üçün hər cür şərait yaradılıb.