Dəmirçi kənd məscidində aparılan bərpa işləri

2017-ci ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndində görülən bərpa işləri ilə tanış olublar.

Dəmirçi kəndində görülən işlər kompleks xarakter daşıyıb. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib.

Məscidin dam örtüyü orijinal dizaynına uyğun olaraq bərpa olunub, tavanlar təmir edilib rənglənib, yeni qapı-pəncərələr quraşdırılıb. Uçmuş günbəzlər, dam, mehrab və “Güldəstə” minarəsi də yenidən qurulub.