Hadrut qəsəbəsində yeni məscid

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. Səfər zamanı dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymuşdur.

Məlumata görə Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaq. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.