Köçərli məscidi

Köçərli məscidi XIX əsrdə Suşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünmüş 17 məhəllədən ibarət idi. Köçərli məscidi 19-cu əsrdə Şuşa şəhərinin aşağı məhəllələrinə daxil olan Köçərli məhəlləsinin 20 Yanvar küçəsində tikilmişdir. Bəhmən Mirzənin saray kompleksinə məxsus tarixi məscid XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri olmuşdur.

Şuşa şəhərinin digər məşhur məscidləri və tarixi abidələri ilə birlikdə Köçərli məscidi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən qiymətli tarixi-dini abidələrindən biri hesab olunurdu. Məscid 1992-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən talan edilmiş, yandırılmış və dağıdılmışdır.