Müqəddəs Pyotr Bazilikası

Heydər Əliyev Fondu ilə Vatikandakı Müqəddəs Pyotr Bazilikası arasında 2019-cu ilin fevralında bazilikanın altındakı qəbirlərin və barelyefinin bərpasına maliyyə dəstəyi haqqında saziş imzalanmışdır. Müqavilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə imzalanmışdır.