Nərimanov rayonundakı Cümə məscidində əsaslı yenidənquma

2023-cü ilin aprelin 20-də Bakının Nərimanov rayonunda Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan əsaslı təmir və rekonstruksiya işlərindən sonra Cümə məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Cümə məscidi 1998-ci ildən fəaliyyətə başlayıb, lakin illər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir-bərpa işləri yüksək səviyyədə həyata keçirilib və 2023-cü ilin aprel ayında başa çatdırılıb.

Məscidin qəzalı vəziyyətdə olan iki minarəsi aparılan işlər çərçivəsində sökülərək yenidən tikilib, məscid binasında bərpa-gücləndirmə işləri yerinə yetirilib, dəstəmazxana binası inşa olunub və zəruri infrastruktur yaradılıb.

Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.