Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən məscid (Dəmirçilər məscidi)

XIX əsr İslam memarlığının gözəl abidələrindən biri olan Dəmirçilər məscidi Azərbaycanın Qubadlı rayonunun Dəmirçilər kəndində İsmayıl Dağıstani tərəfindən tikilmişdir. Məscidin forması eyvan və tağlarla bölünmüş düzbucaqlı formada olub, məscidin daxili hissəsinin mərkəzində dördkünc hissənin iki sütununa, o cümlədən künclərdə və divarlarda yerləşən dördbucaqlı kəsikli sütunlara söykənmişdir. Tağlı örtüyün materialı, həmçinin tağlı sütunlar və digər sütunlar bərk qaya daşından – əhəng daşından hazırlanmışdır. Məscidin əsas qapısı, üzərində daş işləməli ornamentlərin yer aldığı piştaxta ilə dizayn edilmiş şimal divarında qurulmuşdur. Namaz zalının cənub divarında tağları olan beşüzlü mehrab (altar) var idi. Mərkəzi faset müstəvisində ərəb yazıları olan düzbucaqlı çərçivə var idi. Belə çərçivələr mehrabda və həmçinin sütunlardan birinin yuxarı hissəsində yer almışdır. Üç tərəfli tavan üzərində müxtəlif rəsmlərin yer aldığı düzbucaq formalı çərçivə və Qurani-Kərimdən ayələr  öz əksini tapmışdır.[1]

Dəmirçilər məscidi 1988-ci ildə bərpa olunsa da, Qubadlı rayonu 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra məscid ermənilər tərəfindən talan edilərək yararsız hala salınmışdılar.

[1] “My Gubadli – My Azerbaijan”, 30 August 2010.  https://mygubadli.wordpress.com/2010/08/30/gubadly-district/.