Sikstin kapellası

2 iyul 2014-cü il tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu ilə Vatikan arasında Sikstin kapellasının təmiri ilə bağlı saziş imzalanmışdır. 1473-1481-ci illərdə Vatikanda tikilmiş Sikstin kapellası bütün dünyada İntibah dövrünün ən gözəl nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2020-ci ilin fevralında İtaliyaya səfərləri zamanı Sikstin kapellasında görülən işlərlə tanış olmuşdular.