Sumqayıtdakı Cümə məscidində aparılan əsaslı təmir işləri

Sumqayıt Cümə məscidinin təməli 1989-cu ildə qoyulmuş və 2003-cü ildə istifadəyə verilmişdir. Məscid 2011-ci ilin iyulunda Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq əsaslı təmir edilmişdir.

Burada 34 metr hündürlüyündə minarə ucaldılmış, mehrab yenidən qurulmuş, günbəzin daxilinə “Qurani-Kərim”dən ayələr həkk olunmuşdur. Döşəmə əsaslı təmir edilmiş, məscidin istilik və elektrik sistemləri də tamamilə yenilənmişdir. Məscidin divarları üzlük daşlarla üzlənmiş, hasarı yenidən qurulmuşdur.

Məscidin ərazisi 4,5 hektardır və burada 500 nəfər ibadət edə bilər.

2013-cü il mayın 3-də Prezident İlham Əliyev əsaslı təmir olunmuş Sumqayıt şəhərindəki Cümə məscidi ilə tanış olmuşdur.