V Fəsil. Dini qurumlarda və onların müəssisələrində əmək fəaliyyəti
Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri
Dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Dini qurum müəyyən edilmiş qaydada əmək müqaviləsini, ruhanilərin əmək haqqı şərtlərini müəyyən edən sənədləri qeydə alır.
Əmək müqaviləsi üzrə dini qurumda işləyən vətəndaşlar həmkarlar ittifaqının üzvü ola bilərlər.
Maddə 26. Dini qurumlarda işləyən vətəndaşların əmək hüququ
Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara əmək qanunvericiliyinin tələbləri istisnasız tətbiq olunur.
Maddə 27. Dini qurumların işçilərinin sosial sığortası və pensiya təminatı
Dini qurumların işçilərinin sosial sığortası “sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.