“Xilaskar” Yevangelik-lüteran kilsəsi

Adolf Eyxler tərəfindən layihələndirilən və Bakının mərkəzində yerləşən kilsənin tikintisi 1905-ci ildə tamamlanmışdır. Sovet dövründə kilsə ibadət üçün bağlanmış, heykəltəraşlıq emalatxanası və anbar kimi istifadə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2010-cu ildə kilsədə əsaslı təmir işləri aparılmışdır. İndi kilsə müntəzəm olaraq dini ibadət və konsertlər üçün istifadə olunur.