Zəngilanda yerləşən  “İmam Hüseyn” məscidi

Erməni vandalizmi nəticəsində talan edilən və dağıdılan tarixi-dini abidələrdən biri də “İmam Hüseyn” məscididir.  Məscid Azərbaycanın Zəngilan rayonunda yerləşir və XVII-XVIII əsrlərə aid edilir. “İmam Hüseyn” məscidinin Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Məscidin ölçüləri 12×20 metr olmuşdur. “İmam Hüseyn” məscidinin içərisində mehrab və taxça var idi. Məscidin tikintisi zamanı memar əsasən yerli əhəng daşından istifadə etmişdir. Məscidin divarları bəzəksizdir. Məscidin tağlı qapısı şərq tərəfə açılırdı və üzərində yazı var idi. Zəngilan şəhər “İmam Hüseyn” məscidi də işğal altında olan rayonların bütün digər tarixi-dini abidələri ilə eyni aqibəti yaşamışdır. Məscid 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra dağıdılmışdır. Ermənilər dini abidələri təhqir obyektinə çevirərkən, məscidi də qəsdən donuzxanaya çevirmişdilər.