Çotari Alban-Udi kilsəsi
Kilsə 1723-cü ildə Qəbələ rayonunun Nic kəndində yerli əhalinin dəstəyi ilə tikilmişdir. Kilsə adını Nicdəki Cotari məhəlləsindən almışdır. Sovet dövründə kilsə fındıq saxlamaq üçün istifadə olunmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 2003-cü ildə kilsədə əsaslı bərpa işlərinə başlanılmış və kilsə 2006-cı ildə yenidən ibadət üçün açılmışdır.